PDF Oxu

Dünya

  • 2 969

ABŞ prezidenti yeni bəyanat verdi: "Bizim 2 seçimimiz var..."

"Bizim iki seçimimiz var: ya Üçüncü Dünya Müharibəsini başlayıb Rusiya ilə tam savaşa getmək, ya da beynəlxalq hüququ pozan bu ölkəyə bunun əvəzini ödətmək", C.Bayden

ABŞ prezidenti yeni bəyanat verdi: "Bizim 2 seçimimiz var..."

Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden bildirib ki, Rusiyaya qarşı əllərində olan seçimlər Üçüncü Dünya Müharibəsinə başlamaq və ya beynəlxalq hüququn pozulmasının əvəzini bu ölkəyə ödətməkdir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “Brian Tyler Cohen” “youtube” kanalına müsahibəsində C.Bayden deyib: “Rusiya 4 gündür ki, Ukraynaya hücum edib.

İlk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiya tətbiq olundu.

Bizim iki seçimimiz var: ya Üçüncü Dünya Müharibəsini başlayıb Rusiya ilə tam savaşa getmək, ya da beynəlxalq hüququ pozan bu ölkəyə bunun əvəzini ödətmək.

Heç kim Rusiyaya qarşı tətbiq etdiyimiz iqtisadi və siyasi sanksiyaların dərhal nəticə verəcəyini gözləməsin. Bu sanksiyaların təsiri uzunmüddətli perspektivdə görünəcək.

Rusiyanın məqsədi NATO-nu parçalamaqdır, lakin buna nail ola bilməyəcək”.

Digər xəbərlər