Fransanın ardınca İtaliya və İspaniya da Rusiya təyyarələri və aviaşirkətlərinə hava məkanını bağlayır.
SIA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İtaliya Baş nazirinin ofisinin yaydığı məlumatda bildirilib ki, ölkəsinin hava məkanı yerli vaxtla saat 15:00-dan etibarən Rusiya üçün bağlanır.
İspaniyanın hava məkanını bağladığı barədə məlumatı isə Rusiya Nəqliyyat Nazirliyi yayıb.
Qeyd edək ki, artıq Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Polşa, Çexiya, İtaliya, Hollandiya, Norveç və Fransa da hava məkanının Rusiya təyyarələrinə bağlanması barədə qərar verib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...