Ukrayna nümayəndələrilə Belarusda mümkün danışıqlar barədə D.Peskov deyib...
Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin ukraynalılarla danışıqlara başlamaq üçün Belarusun Qomelə getdiyini bildirib.
SİA xəbər verir ki, Ukrayna nümayəndələrilə Belarusda mümkün danışıqlar barədə D.Peskov deyib: “Danışıqlara başlamağa hazırlaşırıq. Əldə edilmiş razılaşmalara uyğun olaraq, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və bir sıra digər qurumların nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlara başlamaq üçün Belarusun Qomel şəhərinə gedib. Biz müzakirələrə Qomeldə başlamağa hazırıq. İndi ukraynalıları gözləyirik”.
Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...