Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
“Zelenski tarixi sənədi – Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, – Sibiqa feysbukda bildirib.
Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.
“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, – Sibiqa əlavə edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...