PDF Oxu

Dünya

  • 2 874

“NATO Ukraynadakı münaqişənin bir parçası olmayacaq”

“NATO Ukraynadakı münaqişənin bir parçası olmayacaq”

NATO-nun Rusiyanın hücuma keçdiyi Ukraynadakı münaqişənin bir parçası olmayacağı, bu ölkəyə əsgər göndərməyəcəyi, təyyarələrini Ukrayna hava məkanında uçurmayacağı bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-a məxsus “F-15” döyüş təyyarələrinin də yerləşdiyi Polşadakı Lask hava bazasına baş çəkib və burada Polşa prezidenti Anjey Duda ilə birgə təşkil edilən mətbuat konfransında çxıış edib.

NATO Müdaxilə Qüvvələrini ilk dəfə aktivləşdirdiklərini söyləyən Y.Stoltenberq bu çərçivədə martın 1-də Fransa əsgərlərinin Rumıniyaya çatdığını bildirib.

Ukraynanın NATO-dan tələb etdiyi təyyarələrin göndərilib-göndərilməyəcəyi və NATO bazalarının Ukraynaya açılıb-açılmayacağı ilə bağlı suala Yens Stoltenberq belə cavab verib: “NATO müttəfiqləri müxtəlif hərbi dəstək verir. Bunlara tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və digər hərbi texnika, habelə humanitar və maliyyə dəstəyi daxildir. Lakin NATO münaqişənin bir parçası olmayacaq: Ukraynaya qoşun göndərməyəcək və bu ölkənin hava məkanında təyyarələrini uçurmayacaq”.

Polşa prezidenti Anjey Duda da ölkəsinin Ukraynaya döyüş təyyarələri göndərmədiyini bəyan edərək deyib: "Çünki belə bir şey Ukraynadakı münaqişəyə hərbi müdaxilə deməkdir. Biz bu münaqişədə iştirak etmirik. NATO bu münaqişənin bir hissəsi deyil. Biz Ukraynaya humanitar yardım edir, lakin Ukrayna hava məkanına qırıcı təyyarələr göndərmirik".

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.

Digər xəbərlər