Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ölkəsinin Rusiya ilə qarşılıqlı hörmət, fayda və bərabərlik əsasında əməkdaşlığının davam edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, sözçü Vanq Venbin, dünən mətbuat konfransında jurnalistlərin ünvanladıqları sualları cavablandırıb. O, Çinin enerji kimi əmtəə məhsul ticarəti davam etdirərək Rusiyaya dəstək olub-olmayacağına dair ünvanlanan suala: “Biz Rusiya ilə qarşılıqlı hörmət, fayda və bərabərlik əsasında əməkdaşlığı davam etdirəcəyik”, - deyə cavab verib.
Bəzi Qərb ölkələrinin Rusiyanı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) çıxarmaq qərarınına da münasibət bildirən sözçü, beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşı olduqlarını vurğulayıb. Mətbuat katibi qeyd edib ki, sanksiya problemi həll etmək əvəzinə yeni problemlər yaradacaq Bu saysız-hesabsız faktlarla sübut olunub. Vanq Venbin bildirib ki, sanksiya təkcə problem yaşayan hər iki tərəfə iqtisadi ziyan vurmayacaq, həm bütün tərəflərə iqtisadi ziyan vuracaq, həm də siyasi həll prosesinə mənfi təsir göstərəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...