Moskva "Lokomotiv"inin baş məşqçisi Markus Gisdol istefa verib.
SİA xəbər verir ki, almaniyalı mütəxəssis Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq vəzifəsindən ayrılıb.
53 yaşlı mütəxəssis bu barədə Bild nəşrinə açıqlama verib. "Müharibədə günahkar olan bir ölkədə işimə davam edə bilməzdim. Mənim dəyərlərim buna yol vermir. Ona görə də istefa verdim" - deyə Gisdol bildirib.
Qeyd edək ki, Markus Gisdol 2021-ci ilin oktyabrında "Lokomotiv"in baş məşqçisi təyin edilmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...