"Adidas" şirkəti Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırıb.
SİA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Almaniya şirkəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə belə qərar verib.
Tərəflər 2008-ci ildən əməkdaşlıq edirdi. Rusiya millisini formalarla təmin edən məşhur idman brendi ilə müqavilə ötən yay 2026-cı ilə qədər uzadılmışdı.
Xatırladaq ki, dünən FİFA və UEFA Rusiya klubları və bütün yaş qrupu üzrə milli komandaları növbəti qərar açıqlanana qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bundan başqa, UEFA Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni ləğv edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...