“The Walt Disney Company”, "Warner Bros" ve "Sony " kompaniyaları öz filmlərinin Rusiya ərazisində nümayişini "qadağan edirlər"
“The Walt Disney Company”, "Warner Bros" ve "Sony " kompaniyaları öz filmlərinin Rusiya ərazisində nümayişini dayandırıb.
Yayılan bəyanata əsasən, Ukraynada aparılan hərbi əməliyyatlar və dərin humanitar böhran səbəbindən Rusiya kinoteatrlarında film nümayişləri, o cümlədən “Pixar” kinostudiyasının “Turning Red” cizgi filminin premyerası dayandırırıb.
“The Walt Disney Company”, həmçinin bildirib ki, növbəti qərarlar vəziyyətin necə inkişaf etməsindən asılı olaraq veriləcək.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın “Warner Bros” studiyası Ukraynadakı humanitar böhranı nəzərə alaraq martın 2-də Rusiyada premyerası planlaşdırılan “The Batman” filminin nümayişini təxirə saldığını açıqlayıb. Həmçinin ABŞ-ın “Netflix” striminq servisi Rusiyanın 20 federal telekanalını yayımlamaqdan imtina edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...