Dünya Bankının (DB) Direktorlar Şurası Əfqanıstanın dondurulmuş vəsaitindən 1 milyard dollardan çox məbləği bir sıra agentliklər və humanitar yardım təşkilatlarına köçürmək qərarına gəlib.SİA TASS-a istinadən xəbər verir ki, bu barədə DB saytında yerləşdirilimiş bəyanatda deyilir."Əfqanıstanın Yenidənqurma Fondunun donorlarının və beynəlxalq ictimaiyyətin müraciətinə cavab olaraq DB Direktorlar Şurası bu gün əfqanlara dəstək üçün genişləndirilmiş yanaşmanı təsdiqləyib. 1 milyard dollardan çox vəsait Əfqanıstanın Yenidənqurma Fondundan BMT-nin seçilmiş qurumlarına və beynəlxalq qeyri-hökumət təşkilatlarına yönəldiləcək", - bəyanatda deyilir.Sənəddə deyilir ki, bu vəsait Taliban hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökumətinin nəzarətindən kənar qalacaq. Vəsaitlər müxtəlif proqramlara, o cümlədən təhsil, kənd təsərrüfatı və səhiyyəyə yönəldiləcək.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...