Birləşmiş Millətlər Təşkilatı (BMT) martın 1-dək Rusiyanın Ukraynaya hücumlarından qaçan 874 min qaçqının qonşu ölkələrə keçdiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) müxtəlif mənbələrdən Ukraynadakı qaçqın böhranı ilə bağlı məlumatları paylaşıb.
Müvafiq olaraq, fevralın 24-dən martın 1-dək 51,9%-i Polşaya olmaqla 874 min 26 qaçqın Ukraynadan qonşu ölkələrə keçib.
Polşaya 453 min 982, Macarıstana 116 min 348, Moldovaya 79 min 315, Slovakiyaya 67 min, Rumıniyaya 44 min 540, Rusiyaya 42 min 900, Belarus və digər Avropa ölkələrinə 341, 69 min 600 qaçqın keçib.
Bu rəqəmlərə əlavə olaraq, BMT TŞ 18-23 fevral tarixlərində Donetsk və Luqansk vilayətlərindən Rusiyaya 96 min insanın keçdiyini bildirib.
BMT TŞ xəbərdarlıq edir ki, Ukraynada gərginliyin daha da artacağı təqdirdə 4 milyona qədər mülki şəxs ölkəni tərk edə bilər.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum başlladıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...