PDF Oxu

Dünya

  • 2 504

Rus klubunda çıxış edən legionerlər məşqdən imtina ediblər

Rus klubunda çıxış edən legionerlər məşqdən imtina ediblər

Rusiya "Krasnodar"ının əcnəbi futbolçuları məşqə çıxmaqdan imtina ediblər.

SİA xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb. Legionerlər Rusiyanın Ukrayna ilə müharibəyə başlamasına görə klubdan ayrılmağı da düşünürlər. Onlar komandanın məşqlərinə qoşulmaqdan imtina ediblər.

Qeyd edək ki, bir neçə saat əvvəl "Krasnodar"ın baş məşqçisi Danielı Farke də vəzifəsindən ayrılıb.