Qəribədir ki, ermənilər durub indi sual edirlər…
Onlar soruşurlar: bu necə olur ki, Paşinyan hakimiyyətə gələr-gəlməz əhalisinin ən azı üçdə birindən çoxunun torpaqdan dolandığı bir ölkənin Kənd Təsərrüfatı Nazirliyini ləğv edir?
Budur, Rusiyada 12,5 faizlik proteinli buğdanın qiyməti ötən həftə 3 ABŞ dolları da artaraq artıq 301 dollara satılır. Vay, bizim halımıza. Heç olmasa, ölkədə Kənd Təsərrüfatı Nazirliyi olanda az da olsa, fermerlərimizin əlindən tuturdu. Bəs, indi necə olacaq…bax, bu məlum deyil.
Hazırda, “köpüyə güllə atan” erməni hökumət fermerləri bu il ərzaq təhlükəsizliyində böyük problemlər gözlədiyi üçün mümkün qədər çox torpaq becərməyə çağırıb.
Bu arada hökumətin son iclaslarından birinə diqqət çəkən erməni saytları “möcüzəli” biri kimi təqdim etdikləri iqtisadiyyat naziri Vaan Kerobyanın nitqindən bərk əndişələndiklərini də gizlətməyiblər. Niyə? Çünki qarşıdakı aylarda ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin qalxacağını etinasız bir şəkildə diqqətə çatdıran Kerobyan, əvvəllər “tərk edilmiş torpaqları” yenidən əkməyə çağırıb. Amma iqtisadiyyat naziri torpaqların yenidən əkilməsi ilə bağlı ona veriləcəyi ehtimal olunan “necə, nə təhər və ya hansı vəsaitlə” suallarını cavabsız qoyub. Əslinə qalsa, hökumət iclasında ona bu sualları ünvanlayan bir kimsə də olmayıb.
Reallıq budur ki, bu gün erməni mənbələri ötən ilin sonundan başlayaraq, ölkədə ərzaq məhsullarının bahalaşaraq ikirəqəmli qiymətlərlə ifadə olunduğu barədə yazırlar. Əslində, bu təkcə Ermənistanın problemi kimi başa düşülməməlidir. Çünki qiymət artımları artıq bütün dünya ölkələrini ağuşuna almaqdadır.
Amma yenə də erməni mənbələrinin ölkədəki qiymət artımının bəzi erməni rəsmilərini qane edib, onları sevindirmələri barədə dedikləri başa düşülən deyil.
Əslində, onlar gətirdikləri arqumentlərində bəlkə də haqlıdırlar. Nədir onların arqumentləri, məsələn onlar bahalaşma hesabına dövlət büdcəsini doldurmağın mümkünsüzlüyünü deyirlər.
Bundan əlavə, arqument gətirənlər sual edirlər: yəni doğrudanmı, hakimiyyətdə oturanlardan hansı birisə tamamilə yoxsullaşan əhalinin kəskin bahalaşan məhsulları ala bilməyəcəklərini ağllarına gətirmirlər?
Yeri gəlmişkən xatırldaq ki, bir müddət bundan əvvəl Ermənistanın Statistika Komitəsinin məlumat yayaraq 2021-ci ildə ölkədə kənd təsərrüfatı məhsullarının nəzərəçarpacaq dərəcədə azaldığını etiraf edib.
Belə ki, komitənin məlumatına görə, 2021-ci ildə Ermənistanda buğdanın orta məhsuldarlığı hektardan 16,8 sentner olub ki, halbuki, bu 2020-ci ildə bu 22,5 sentner təşkil etmişdi.
…Ehtimal ki, ermənlər müvəqqəti zəbt etdikləri Azərbaycan torpaqlarında əkdiklərini də bura qatırlar.
Amma buna baxmayaraq, qeyd edilməlidir ki, bu azalmalar Ermənistanın kənd təsərrüfatı məhsullarının əksər sahələrini əhatə edib.
Bu gün Paşinyan hökumətinin kənd təsərrüfatı üçün önəmli olan yanacaq, toxum, gübrə və pestisid ehtiyatlarının yaradılması istiqamətində gecikdiyinə diqqət çəkən erməni saytları, ölkənin ümumi inflyasiya şəraitində kənd təsərrüfatında yaranmış fəlakətli vəziyyətdən xilas etməyi də, kənar qüvvə olmadan mümkünsüz sayır.
...Amma maraqlıdır, görən ermənilər bu kənar qüvvəni bu dəfə harada axtarmalı olacaqlar?
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...