"...Həqiqət budur ki, Ukraynanın yaxın gələcəkdə NATO-ya üzvlüklə bağlı ciddi perspektivi yox idi və biz Rusiyanın bəyan etdiyi təhlükəsizlik narahatlığına danışıqlar yolu ilə cavab verməyə hazır idik. Mən və bir çox digər Qərb ölkələri liderləri cənab Putinin nöqteyi-nəzərini başa düşmək üçün onunla danışdıq”.
SİA-nın “rosbalt” saytından əldə etdiyi məlumata görə, bu fikirləri Böyük Britaniyanın baş naziri Boris Conson Amerikanın “The New York Times” qəzetinin köşə yazarına danışarkən bildirib.
Xatırladq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq (?) Ukraynada hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Təbii ki, Rusiyanın Ukrayna ərazisində əməliyyat keçirmək qərarı ABŞ və onun müttəfiqlərinin Moskvaya qarşı yeni sanksiyalar tətbiqinə səbəb olub.
Onu da xatırladaq ki, bundan əvvəl Ukrayna üzrə fəaliyyət planını təqdim edən Conson beynəlxalq ictimaiyyəti də ona qoşulmağa çağırıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...