...bu amillər Putinin Rusiya lideri kimi çökməsinə səbəb ola bilər
"...Prezident Vladimir Putin Ukraynaya hüşum əmri verərkən bu ölkənin belə dirəniş göstərə bilməsi ilə yanaşı, yəqin ki, öz ölkəsinin də məhdud imkanlarını nəzərə almayıb”
Qeyd edək ki, bu barədə “Bloomberg”ə istinad edən “Clocktower Group”un baş strateqi Marko Papic bildirib. Papiçin sözlərinə görə, Rusiya prezidenti belə bir qərar qəbul edərkən öz qoşunlarının və bütövlükdə ölkənsinin maddi məhdudiyyətlərinə məhəl qoymayıb. Həmçinin vəziyyətə Ukraynanın güclü müqavimət göstərməsi də təsir edir. Son nəticə olaraq, analitik proqnozlaşdırır ki, bu amillər Putinin Rusiya lideri kimi çökməsinə səbəb ola bilər.
SİA-nın “Ukrainskaya pravda” saytına istinadən əldə etdiyi məlumata görə isə hazırda bir çox xarici siyasətçilər müharibənin bu qədər uzanmasına tutarlı əsaslar göstərirlər. Maraqlıdır, görən nədir bu əsaslar?
Təbii ki, bunlardan birincisi və bəlkə də ən əsası ukraynalıların çox ciddi və şiddətli döyüşlər aparmalarıdır.
İkincisi, rus ordusunun real müharibələr aparmaq təcrübəsinin olmaması, üçüncüsü isə Ukraynanın işğal üçün çox çətin bir əraziyə malik olmasıdır.
“...Fakt budur ki, indi Ukraynada gördüyümüz şey, həqiqətən özünü dərk edən bir xalqın doğulmasıdır”. Deyim ki, bu fikirlər də Marko Papicə məxsusdur.
“Düşünürəm ki, bu işğal cəhdinə qarşı mübarizə aparsalar və gələcəkdə müstəqilliyə sahib olsalar, bu, həqiqətən də növbəti onillikdə çox maraqlı investisiya fürsəti ola bilər. Çünki Ukrayna böyük ölkədir, Avropada yerləşir və bu ölkənin böyük potensialı var”. Buna da ekspert əminlik bildirir.
... Papiç onu da əlavə edib ki, o, Putinə “12 ay vaxt verir” çünki siyasətçilər son dərəcə pis qərarlar qəbul edəndə və seçimlərində məhdudiyyətlərə məhəl qoymayanda cəzalandırılacaqlar.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...