Hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynadan Polşaya gələn qaçqınların sayı 922 mini ötüb.
SİA xəbər verir ki, bu barədə ölkənin sərhəd xidməti tviterdə məlumat yayıb.
Təkcə ötən gün sərhədçilər Ukraynadan gələn 129 min nəfəri keçiriblər.
"Proqnozlar göstərir ki, fevralın 24-dən etibarən Polşaya Ukraynadan daxil olacaq insanların sayı bu gün 1 milyonu keçəcək", - Polşa sərhəd mühafizəsinin sözçüsü Anna Miçalskaya bildirib.
Ukraynadan Polşaya gələnlərin çoxu qaçqınlar üçün xüsusi qəbul mərkəzlərinin xidmətlərindən istifadə edir, onların nümayəndələri ölkənin müxtəlif bölgələrində yerləşdirməni təşkil edirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...