PDF Oxu

Dünya

  • 2 681

Əfqanıstanın naziri ilk dəfə kamera qarşısına keçdi

Əfqanıstanın naziri ilk dəfə kamera qarşısına keçdi

FTB-nin axtarışında olan Talibanın daxili işlər naziri Siracuddin Haqqani ilk dəfə kamera qarşısına keçib. SİA-nın xarici nətbuata istinadən verdiyi xəbərə görə, Əfqanıstanın paytaxtı Kabildəki Polis Akademiyası ilk məzunlarını verib. Martın 5-də keçirilən mərasimdə Talibanın daxili işlər naziri Siracuddin Haqqani iştirak edib. İndiyə qədər kameralar qarşısına keçməyən Haqqani Kabildəki mərasimdəki çıxışında "Sizi razı salmaq və etibarınızı bərqərar etmək üçün ilk dəfə sizinlə görüşdə mətbuat qarşısına çıxdım" deyib.
FTB-nin axtarışında olan Haqqani rejimin əksər yüksək səviyyəli liderləri kimi qara saqqallı və ağ örtüklə kameralar qarşısına keçib. Siracuddin Haqqani Taliban lideri Hibetullah Axundzadənin üç müavinindən biri və onun adını daşıyan qrupun lideri idi. Daxili işlər nazirinin ictimaiyyət qarşısında çıxışı Talibanın ölkə üzərində hökmranlığına inamın artdığını göstərir.

Digər xəbərlər