...Bu arada Yaponiya rəhbərliyi yenidən Cənubi Kuril adalarının “əslində Yaponiya ərazisi” hesab etdiyini ruslara xatırladıb.
Qeyd edək ki, müvafiq və bəlkə də sayagəlməz bəyanatla ötən gün Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi çıxış edib.
"Bu, ölkəmizin suverenliyinin yayıldığı ərazilərdir, həm də bizim ata-baba ərazilərimizdir. Belə ki, bu məsələdə bizim mövqeyimiz dəyişməz olaraq qalır”-deyə nazir bildirib.
Yeri gəlmişkən, TASS-ın bu məlumatına diqqət çəkən SİA bir müddət bundan əvvəl ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emmanuelin Cənubi Kuril adalarının ərazi mənsubiyyəti ilə bağlı hər iki dövlətin mövqe birliyinə Rusiya Dövlət Dumasının cavabını xatırladır.
Qeyd edək ki, Dövlət Duması Tokioya bu ərazini unutmağı tövsiyə edib. Belə ki, Rusiya Konstitusiyasına görə, Kuril adalarının ərazisi, xüsusən də Cənubi Kuril adaları Rusiyanın tərkib hissəsidir və başqa dövlətin xeyrinə özgəninkiləşdirilə bilməz.
Beləliklə, Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyinə qarşı hər hansı bəyanatlar və cəhdlər ölkənin Əsas Qanununa ziddir. Rusiyada dəfələrlə deyilib ki, Rusiyanın bu adalar üzərində suverenliyi və onların Moskvaya məxsus olması şübhə altına alına bilməz.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...