Ötən gün Kanada hökuməti məlumat yayıb. Həmən məlumatda Kremlin “tanınmış” təbliğatçılarına qarşı sanksiyalar yer alıb. Brlə ki, RT-nin baş redaktoru Marqarita Simonyan, Birinci Kanalın baş direktoru Konstantin Ernst, Putinin mətbuat katibi Dmitri Peskov və təbliğatçı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq edilib.
Bundan əlavə, oliqarx Oleq Deripaska, Rusiyanın səhiyyə naziri Mixail Muraşko, Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev və keçmiş ədliyyə naziri Pavel Kraşennikov da Kanada sanksiyalarına məruz qalıb.
Yenə də bundan əlavə, Kanada FSB-nin Aleksey Navalnının həbsində iştirak etməkdə şübhəli bilinən iki əməkdaşına: Viktor Qavrilov və Dmitri İvanova qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Yeri gəlmişkən “Ukrinform” saytına istinad edən SİA Kanadanın baş naziri Castin Trüdonun ötən gün ölkəsinin Rusiyaya qarşı əlavə sanksiyaları tətbiq edəcəyini də açıqlayıb, lakin o, sanksiyaların konkret olaraq kimlərə tətbiq olunacağını açıqlamayıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...