Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib. SİA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Rada telekanalında bildirib.
“Nəhayət ötən həftə biz yalnız nəqliyyat infrastrukturuna dəyən ziyanı hesabladıq. Atəş nəticəsində avtomobil yolları, dəmir yolu və avadanlığı, hava limanlarına ziyan dəyib, dağılıb. Ötən həftə bu ziyan 10 milyard dollardan artıq olub”, o bildirib.
Nazirin sözlərinə görə, obyektlərin çoxu bir ilə, ən mürəkkəb və ən böyük komplekslər isə 2 ilə bərpa ediləcək:
“Bu, təkcə bizim faciə deyil. Bu, bizim müharibə deyil. Ukrayna bütün sivil dünyanın maraqlarını müdafiə edir. Biz bu ölkəni onlarla birlikdə bərpa edəcəyik”.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...