Çinin sədri Si Szinpin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şols arasında videoformatda görüş olub. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi televiziyası yayıb.
Bildirilib ki, dövlət başçıları Ukraynadakı vəziyyəti, İranın nüvə proqramını və Avropa İttifaqı ilə Çin arasında əməkdaşlığı müzakirə ediblər.
“Çin Ukraynadakı mövcud vəziyyətdən narahatdır və Avropa qitəsində alovlanan müharibədən dərin təəssüf hissi keçirir. Çin hesab edir ki, BMT Nizamnaməsinə əsasən, bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət vacibdir”, - Si Szinpin bildirib.
Onun sözlərinə görə, bütün dövlətlərin təhlükəsizliyinin qayğısına qalması qanunauyğundur: “Biz böhranın dinc yolla tənzimlənməsini bütün gücümüzlə dəstəkləyirik. Ukraynadakı böhranın nəzarətdən çıxmaması üçün gərginliyi aradan qaldırmaq vacibdir”.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...