PDF Oxu

Dünya

  • 2 620

Rusiya Belarusa hücum edəcək?

Rusiya Belarusa hücum edəcək?

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya döyüş təyyarələrinin təxribat məqsədi ilə Belarus ərazisinə hücum etməyi planlaşdırdığını iddia edərək, “Rusiya təxribat üçün Belarusa zərbə endirəcək” deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Ukrayna-Belarus sərhədinə yaxın bölgələri vuracağını iddia edib.

Nazir Reznikov verdiyi yazılı açıqlamada “Ukrayna xalqına müraciət edirəm. Etibarlı və təsdiqlənmiş məlumata görə, hazırda Rusiya işğalçı qüvvələrinin komandanlığı bir sıra qanlı təxribatlar hazırlayır. Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Belarus Respublikası ərazisində çoxlu sayda yaşayış məntəqəsinə zərbələr endirməyə hazırlaşır. Onlar ilk növbədə Belarusun Brest şəhərinin Kopani və Stolin bölgələrini vuracaqlar”, - deyə o bildirib.

Reznikov təxribatın məqsədini Belarusun Ukraynaya hücumu olaraq xarakterizə edib.

Digər xəbərlər