PDF Oxu

Dünya

  • 3 177

Oliqarxın 500 milyon avroluq yaxtasına həbs qoyulub

Oliqarxın 500 milyon avroluq yaxtasına həbs qoyulub

İtaliyanın hüquq-mühafizə orqanları rusiyalı oliqarx Andrey Melniçenkonun böyük yaxtasına həbs qoyub. SİA xəbər verir ki, bu barədə CNN telekanalı İtaliya İqtisadiyyat Nazirliyinin güc bölməsi olan Maliyyə Qvardiyasının bəyanatına istinadla məlumat yayıb. Məlumata görə, dəyəri 500 milyon avro məbləğində qiymətləndirilən yaxta Triest şəhərinin limanında həbs edilib. Qayığı inşa edən “Nobiskrug” kompaniyası onun dünyanın ən böyük yaxtalarından biri olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, Andrey Melniçenko Avropa İttifaqının martın 9-da Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirinə məruz qalıb. O, 35 biznesmenlə birlikdə Rusiya prezidenti ilə görüşərək Moskvanın Ukraynaya müdaxiləsindən sonra tətbiq olunan sanksiyaların iqtisadi təsirini müzakirə edib. Avropa Komissiyasının fikrincə, bu, onların Vladimir Putinə yaxın olduqlarının, həmçinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradan fəaliyyətləri dəstəklədiklərinin sübutudur.
İtaliyanın Baş naziri Mario Draqi sanksiyalardan sonra rus oliqarxlarının və təbliğatçılarının əmlaklarının müsadirə edilməsi ilə bağlı digər ölkələri Romadan nümunə götürməyə çağırıb.

Digər xəbərlər