Rusiyanın Ukraynaya təcavüzü ölkədə və sosial şəbəkədə bir qəhrəman yetişdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, münaqişənin ilk günündə Ukrayna ordusuna məxsus təyyarənin 6 Rusiya təyyarəsini vurması ilə başlayan qəhrəmanlıq hekayəsi xüsusilə sosial şəbəkədə “Kiyev Kabusu” ifadəsinin işlədilməsinə səbəb olub.
Adının Vladmir Abdonov olduğu iddia edilən pilot ölkəsini müdafiə edərkən qəhrəman elan edilib və həm Ukraynanın, həm də tərəfdarlarının ümidinə çevrilib.
On rus təyyarəsini vuran sirli ukraynalı pilotun mif olduğu düşünülüb. "Kiyevin kabusu" olduğu iddia edilən pilotun şəkli yayımlanıb. Şəkildə MiQ-29 qırıcısının kokpitində qara üzlük və oksigen maskası arxasında gizlənmiş fiqur əks olunub. Kabus tez bir zamanda işğala qarşı müqavimət simvoluna çevrilib.
Bildirilib ki, pilot ölkəsini müdafiə etdiyinə və missiyasını başa vurduqdan sonra yoxa çıxdığına görə “Kiyevin ruhu” kimi qələmə verilib.
Ukrayna münaqişə zamanı bir neçə rus təyyarəsini vurduğunu iddia edib. İki ölkə arasında münaqişə başlamazdan əvvəl Putinin 1200-ə yaxın, Ukraynanın isə cəmi 124 qırıcısı var idi.
Ukrayna hakimiyyəti qəhrəmanın varlığını təsdiqləməsə də, sosial şəbəkədə yayılan iddialara görə, “kabus” 2022-ci il fevralın 24-də iki SU-35, bir SU-27, bir MiQ-29, iki SU-25 olmaqla altı rus təyyarəsini məhv edib.
Ləman Əlizadə
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...