PDF Oxu

Dünya

  • 3 273

Rus qüvvələri bu dəfə soyuducu anbarı hədəf aldı

Rus qüvvələri bu dəfə soyuducu anbarı hədəf aldı

Ukraynanın paytaxtı Kiyevə yaxın bir bölgədə yerləşən soyuducu anbar Rusiya tərəfindən bombalanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya 17 gündür hücumlarını davam etdirdiyi Ukraynada mülki ərazilərlə yanaşı, hərbi məntəqələrə də zərbələr endirməkdə davam edir.

Məktəbləri, xəstəxanaları, bazarları, evləri bombalayan rus əsgərlərinin bu dəfə hədəfi soyuducu anbar olub. Kiyevdən 20 kilometr aralıda yerləşən Brovari şəhərindəki soyuducu anbar rus əsgərlərinin hədəfi olub. Şəkillərdə və Ukrayna Fövqəladə Hallar Xidmətinin yaydığı açıqlamada anbarın saat 03:50 radələrində vurulduğu və bombalanma nəticəsində başlayan yanğına 4 maşın və 20 canlı qüvvə ilə müdaxilə edildiyi bildirilib. Ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ləman Əlizadə

Digər xəbərlər