Rusiyanın Ukraynada törətdiyi 1,7 mindən çox hərbi cinayət işi araşdırılır. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova feysbuk sosial şəbəkəsində məlumat yayıb.
“Prokurorluq bizim ərazimizdə Rusiya Federasiyasının hər bir hərbi cinayətini qeydə alır. Hazırda 1 717 cinayət işi araşdırılır”, - baş prokuror bildirib.
Bunlardan 1 059-u müharibə qanunlarının və qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir.
Venediktova, həmçinin “warcrimes.gov.ua” vahid ümummilli platformasında Rusiyanın hücumuna dair sübutların toplandığını xatırladıb.
“Əgər şahid və ya zərərçəkmisinizsə, foto və ya video sübutunuz varsa, ədalət cəbhəmizə qoşulun”, - o əlavə edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...