PDF Oxu

Dünya

  • 2 822

Məktəblərdə hicab qadağan edilib

Məktəblərdə hicab qadağan edilib

Hindistanın cənubundakı Karnataka əyalətində son aylarda hicablı şagirdlərin dövlət liseyində dərsə buraxılmamasından sonra Ali Məhkəmə hicab qadağası ilə bağlı qərarını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ali Məhkəmə hicabın İslam üçün "vacib" olmadığını iddia edərək məktəblərdə hicab qadağasını təsdiqləyib.

Məhkəmədəki tələbələr qərara etiraz edərək hicab taxmağın Hindistan konstitusiyasında təmin edilən əsas hüquq və İslamın əsas şərti olduğunu bildiriblər. Məhkəmənin qərarının konstitusiyaya zidd olduğunu deyən tələbələr qadağaya qarşı hüquqi mübarizələrini davam etdirəcəklərini qeyd ediblər. Qərarını Ali Məhkəməyə köçürməyi planlaşdıran vəkil Anas Tanvir də Karnataka məhkəməsinin qərarının yanlış olduğunu bildirib.

Məhkəmə qərarı Hindistanın 1,35 milyard əhalisinin təxminən 14 faizini təşkil edən 200 milyondan çox müsəlmanın yaşadığı ölkənin qalan hissəsi üçün presedent yarada bilər. Hazırda ölkədə məktəbli forması ilə bağlı heç bir mərkəzi qanun və ya qayda yoxdur.

Qərardan əvvəl Karnataka səlahiyyətliləri, mümkün hadisələrin qarşısını almaq üçün ştatın bəzi bölgələrində kütləvi toplantıları qadağan edərkən məktəblərin bağlandığını elan edib.

Ləman Əlizadə

Digər xəbərlər