Çexiya, Polşa və Sloveniyanın baş nazirləri Petr Fiala, Mateusz Morawiecki və Janez Jansa Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çexiya Baş naziri Petr Fiala rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.
Fiala paylaşımında bu ifadələrə yer verib:
“Bu gün Polşanın Baş naziri Mateusz Moravetski, Baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın baş naziri Janez Jansa ilə birlikdə Avropa Şurasının nümayəndələri olaraq Ukrayna prezidenti Zelenski və baş nazir Denis Şmihalla görüşmək üçün Kiyevə gedirik”.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...