Perunun Pataz şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.SİA-nın əldə etdiyi məlumata görə, təbii hadisə nəticəsində azı 80 ev torpaq altında qalıb, 3-ü uşaq olmaqla 7 nəfər itkin düşüb. Ətrafdakı insanların dəstəyi ilə aparılan axtarış-xilasetmə işləri zamanı 4 sakin xilas edilib.Torpaq sürüşməsi zamanı dəyən maddi zərərin miqyası hələ məlum deyil. Ölkə rəsmiləri təcili yardım qruplarının dərhal əraziyə göndərildiyini açıqlayıblar.Peru Prezidenti Pedro Kastillo sosial media hesabında Milli Mülki Müdafiə İnstitutunun rəhbəri və müdafiə nazirinin hadisə yerinə gedəcəyini bildirib. O, təbii fəlakətdən zərər çəkən vətəndaşlara lazımi dəstəyin göstəriləcəyini qeyd edib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...