PDF Oxu

Dünya

  • 3 412

Türkənin Qızıl Aypara Cəmiyyətinin Ukraynaya humanitar yardımı

Türkənin Qızıl Aypara Cəmiyyətinin Ukraynaya humanitar yardımı

Türkənin Qızıl Aypara Cəmiyyəti Ukrayna Qızıl Xaç Cəmiyyətinin yardım çatdıra bilmədiyi bölgələrdə müharibə qurbanlarına qida, sığınacaq, geyim, sağlamlıq və gigiyena kimi yardımları davam etdirir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, Ukraynada təxminən 3 həftədir davam edən humanitar böhranla bağlı işlər davam edir.

Qızıl Aypara indiyədək qida, sığınacaq, uşaq bezləri, geyim materialları, ədyal, ilk yardım dəstləri, döşək, yorğan, gigiyena materialları, dərman və tibbi ləvazimat kimi təcili ehtiyaclardan ibarət 12 milyon TL dəyərində 24 yük maşını humanitar yardımı bölgəyə çatdırıb.

Bundan əlavə, Qızıl Aypara Cəmiyyətinin İstanbul Anadolu Regional Logistika Mərkəzindən daha 3 yük maşını yola düşüb.

Ukrayna Qızıl Xaç Cəmiyyəti ilə əl-ələ verən Qızıl Aypara münaqişə və sərhəd bölgələrində sığınacaqlarda sağ qalmağa çalışanların bütün ehtiyaclarını ödəyir.