Amerika Birlәşmiş Ştatları prezidenti Cozef Bayden çinli hәmkarı Si Cimpinlә Rusiya ilә Ukrayna arasındakı müharibәni müzakirә edib.
SİA xəbər verir ki, tәxminәn iki saat davam edәn görüşlә bağlı әtraflı mәlumat verilmәyib.
Ağ Evin sözçüsü Cen Psaki verdiyi açıqlamada sözügedәn görüşün ABŞ ilә Çin arasındakı әlaqә kanallarını açıq saxlamaq üçün göstәrilәn sәylәrin bir parçası olduğunu bildirib. Cen Psaki liderlәrin ölkәlәri arasındakı rәqabәtin idarә edilmәsi mәsәlәsi ilә yanaşı, Rusiya ilә Ukrayna arasındakı müharibәni müzakirә etdiklәrini vurğulayıb.
Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...