Dünyanın avtomobil nəhənglərindən biri olan “Toyota Motor Corp.” Yaponiyadakı zavodlarının əksəriyyətini bağlamaq niyyətindədir. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, gələn həftə istehsal bir neçə günlük dayandırılacaq. Bu, ehtiyat hissələrinin çatışmazlığı ilə bağlıdır.
Belə ki, çərşənbə günü Yaponiyada baş verən zəlzələyə görə bəzi tədarükçülər zərər çəkib və lazımi həcmdə detallar tədarük edə bilmirlər. Hansı şirkətlərdən söhbətin getdiyi dəqiqləşdirilməsə də, iri çip istehsalçısı “Renesas Electronics Corp.” zəlzələ ərazsində yerləşən zavodlarının gələn həftənin çərşənbə gününə kimi tam istehsala qayıda bilməyəcəyini bəyan edib.
“Toyota”nın son qərarı “RAV4”-də daxil olmaqla bəzi populyar modellərin istehsalına təsir edəcək. Bu həftənin əvvəlində şirkət mart ayı üçün istehsal planlarını 50 min avtomobil sayında azaltdı. İndi isə apreldə planlaşdırılandan 150 min avtomobil az istehsal edəcəyini, eləcə də may və iyun aylarında istehsalın hədəf göstəricilərə nisbətən azalacağını bəyan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...