PDF Oxu

Dünya

  • 1 915

...Onlar Zelenskidən şahmat fiquru kimi istifadə edirlər..?

Çinlilər Baydenin Rusiyanı dəstəklədiyinə görə Pekinə göstərilən təhdidlərə cavab verirlər

...Onlar Zelenskidən şahmat fiquru kimi istifadə edirlər..?

...Bu arada Cinin “Quança” nəşri ölkənin Rusiya-Ukrayna münaqişəsində nümayiş etdirdiyi mövqeyə münasibətlə bağlı oxucuları arasında rəy sorğusu keçirib.

Maraqlıdır ki, SİA-nın əldə etdiyi məlumata görə, əksər çinlilər Cin rəhbərliyini ABŞ prezidenti Cozef Baydenin təhdidlərinə müsbət reaksiya verməməyə çağırıblar. Belə ki, rəyi soruşulanlardan biri “...ABŞ öz təhdidləri ilə təkcə Çinə deyil, həm də Avropaya öz fikirlərini sırımağa çalışır”-deyə bildirib.

Başqa bir cinli oxucu isə Vaşinqtonun çox pis oyun oynadığını deyib.

“...Birləşmiş Ştatlar çox iyrənc oyun oynamaqla məşğuldur. Onlar bu oyunları ilə Çini suyun altına sürükləməyə çalışır və həm də bu oyunda Zelenskidən şahmat fiquru kimi istifadə edirlər.”

Qeyd edək ki, çinlinin bu fikirlərini rusların “RİA Novosti” agentliyi yayımlayıb.

Maraqlıdır ki, rus saytının yazdığına görə, guya bu gün çinlilər arasında da Putinə “dəstək olub, ona önəm verən xeyli çinli var”(?).

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Çin sədri Si Tsinpinlə söhbəti zamanı Çinin Moskvaya yardım göstərəcəyi təqdirdə onu gözləyən nəticələrdən danışıb.

Ağasəf Babayev

Digər xəbərlər