PDF Oxu

Dünya

  • 3 092

İndi xaraba qalan Mariupol Dram Teatrı...

İndi xaraba qalan Mariupol Dram Teatrı...
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz Twitter səhifəsində Mariupol Dram Teatrının peykdən çəkilmiş şəklini yerləşdirib. Fotodan görünür ki, indi bu bina xarabalığa çevrilib.

Fotoşəklin təsvirində ukraynalı məmur dünya ictimaiyyətinə müraciət edib.

"Bunlar Mariupolda yüzlərlə dinc sakinin gizləndiyi Dram Teatrının xarabalıqlarıdır. Əslində bu Rusiya tərəfindən həyata keçiriləm qeyri-insani hərbi cinayətdir. Mən Rusiya ilə və ya Rusiyada hələ də işləyən transmilli şirkətlərdən soruşmaq istəyirəm: onlarla necə iş aparmağa davam edə bilərsiniz. Onları necə yedizdirmək, xidmət etmək və bunu edənləri ödəmək olar?”

SİA bu barədə "UNİAN" saytına istinad edib.