PDF Oxu

Dünya

  • 2 394

Dünyada ərzaq qiymətləri artacaq...

Gübrə problemi ilə üzləşəcək amerikalıları bizim “Əkinçi” qəzetimizi tapıb oxumağı məsləhət görürəm

Dünyada ərzaq qiymətləri artacaq...

"...Amerikalı ekspertlər bu və növbəti illərdə ABŞ-da məhsulların maya dəyərinin artacağını proqnozlaşdırırlar. Buna səbəb Ukrayna hadisələri və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır”.

Deməli, SİA rus mənbələrinə istinadən bu fikirlərin “Washington Post” nəşrində yer aldığını bildirir.

Beləliklə, nəşrin yazdığına görə, bu gün xaricdən gətirilən məhsullar ABŞ-da bazarın yalnız kiçik bir hissəsini təşkil edir və bu “kiçik məhsullar” da əsasən Meksika və Kanadadan gətirilir. Amma buna baxmayaraq, nəşr ABŞ-ın da ərzaq qiymətlərinin qlobal artım nəticələrindən təsirlənəcəyini, yəni zərər görəcəyini istisna etmir.

Deməli, nəşrdə Rusiyanın dünyanın ən böyük gübrə istehsalçılarından biri olduğu yenidən xatırlanaraq bunun ABŞ-ın kənd təsərrüfatına təsir edəcəyi bildirilir.

Belə ki, “Gro Intelligence” şirkətinin analitiki Uilyam Osnetto qeyd edir ki, Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl də dünya buğda bazarındakı təklif son 14 ildə ən təvazökar təklifi olub. Nəticədə fevralın 25-dən buğda tədarükü üzrə müqavilələr 29 faiz, qarğıdalı 15 faiz, soya isə 6 faiz bahalaşıb.

Bu gün ABŞ-da buğda qıtlığının olmadığını deyən Osnetto lakin bununla belə dünya qiymətlərinin artacağı təqdirdə bunun ölkəsindən yan keçməyəcəyini də istisna etmir.

Bu arada Sirakuz Universitetinin professoru Patrik Penfild də amerikalı fermerlərin artan enerji, daha sonra isə gübrə xərcləri səbəbindən ciddi problemlərlə üzləşəcəyini bildirir. (...yenə də “lənətə gəlmiş” gübrə..?)

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Rusiya və Ukraynanın Avropaya tədarük etdiyi müəyyən növ mallardan asılı olduğu bildirilirdi. Bundan sonra Danimarkadan olan Avropa Parlamentinin üzvü Asger Kristensen Avropa Komissiyasına etdiyi müraciətində bunula bağlı öz mövqeyini bildirmişdi.

Beləliklə, Kristensenin sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı Avropa İttifaqının bu iki dövlətdən bir çox sahələrdə, xüsusən də ərzaq mallarının idxalından nə qədər asılı olduğunu nümayiş etdirdi. (...onda belə başa düşək ki, deməli dünyanı elə Rusiya ilə Ukrayna yedizdirirmiş?)

SİA-nın əlavəsi: ...Bu gün və ya sabah gübrə problemi ilə üzləşəcək ABŞ və Amerika səlahiyyətlilərini mən bizim 1875-1877-ci illərdə cəmi 56 nömrəsi basılmış “Əkinçi” qəzetimizi tapıb oxumağı məsləhət görürəm. Belə ki, həmən qəzetin nömrələrinin birində (bağışlayın ki, 56 nömrədən hansında olduğunu xatırlaya bilmirəm) mədəni Avropa ölkəsi olan Fransada gübrə əldə etməyin sadə üsulu barədə xəbər yer alıb...məsləhətdi, gərəkləri olar, tapıb oxusunlar.

Ağasəf Babayev

Digər xəbərlər