Suriyadakı vətəndaş müharibəsini sona çatdırmaq üçün siyasi həll axtarışlarının ən əhəmiyyətli halqası olan Suriya Konstitusiya Komitəsi danışıqlarının 7-ci turu martın 21-də başlayır.
SİA xəbər verir ki, ilk 6 raundda Bəşər Əsəd hökumətini təmsil edən nümayəndə heyətinin barışmaz rəftarına görə konkret irəliləyiş əldə edə bilməyən Suriya Konstitusiya Komitəsinin 7-ci iclası Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrədəki Cenevrə ofisində keçiriləcək.
Komitənin danışıqlarının 7-ci raundu ilk 6 raunddakı məyusluqdan sonra BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin sədrliyi ilə 21-25 mart tarixlərində olacaq.
BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı son hadisələrə dair məlumat verən G.Pedersen Rusiyanın Ukraynadakı hazırkı hərbi əməliyyatlarının Suriya böhranının sülh yolu ilə həllini çətinləşdirəcəyindən narahat olduğunu bildirib.
Xatırladaq ki, Konstitusiya Komitəsinin iclaslarında Əsəd hökumətini təmsil edən nümayəndə heyətinə Rusiya başçılıq edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...