PDF Oxu

Dünya

  • 2 462

Həyat yoldaşının doğum gününü belə təbrik etdi

Həyat yoldaşının doğum gününü belə təbrik etdi

Ötən aylarda mübahisə edərək evlərini qısa müddətə ayıran Türkiyəli müğənni Alişan və Buse Erol aralarındakı böhranı şirinləşdirərək xoşbəxt günlərinə qayıdıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, indi isə Alişanın həyat yoldaşı Buse Erol şənlik keçirib.

"Dostlar Mahallesi" serialının çəkiliş meydançasında tanış olan və 2018-ci ildə sevgili olmağa başlayan və ailə quran Alişan və Buse Erol ötən aylarda qızları Elizin ad gününü ayrı-ayrılıqda qeyd ediblər.

Evliliklərində çətin anlar yaşayan cütlük bir-birlərinə ikinci şans verib və boşanma həddindən geri dönüblər. Evliliyini xilas edən Alişan həyat yoldaşının ad günü üçün romantik paylaşım edib.

“İnstaqram”da 2,6 milyon izləyicisi olan Alişan yoldaşının ad gününü qeyd edərkən Buse Erolla ilk fotosunu paylaşıb: “Bu şəkli çəkməyimizdən 5 il keçdi. Birlikdə ilk fotomuz. Ümid edirəm ki, hələ çox yolumuz var. Ad günün mübarək sevgilim. Səni sevirəm" sözlərini qeyd edib.

Səbinə Hüseynli

Digər xəbərlər