PDF Oxu

Dünya

  • 2 484

Kremlin “çiçəyi çırtlamağa” başıayır?

Kremlin “çiçəyi çırtlamağa” başıayır?

...Deyəsən, Rusiyanın “çiçəyi çırtlamağa” başıayır. Niyə? Deməli, Avropa İttifaqı sammitinin keçirildiyi Brüsseldə jurnalistlərə açıqlama verən Polşanın baş naziri Mateuş Moravetski Almaniya, Avstriya və Macarıstanın Rusiya ilə ticarət əlaqələrini kəsmək istəmədiklərini bildirib.

SİA-nın məlumatına görə, bu barədəki “şad xəbəri” yaymaq ilk olaraq “RİA Novosti”yə yaymaq nəsib olub.

Polşanın baş naziri təəssüf edir ki, Almaniya başda olmaqla bəzi dövlətlər təmkin nümayiş etdirmirlər. Belə ki, onlar Rusiya ilə ticarətin uzaqgörən nəticələrdən çəkinirlər.

Maraqlıdır ki, Moravetski Almaniya kimi ölkələrə təmsil etdiyi Polşanı nümunə göstərir. Rusiya ilə karbohidrogen ticarətinin məhdudlaşdırılmasının vacibliyində ölkəsinin çox ciddi məşğul olduğunu vurğulayır.

Xatırladaq ki, bundan bir az əvvəl ABŞ prezidenti Cozef Bayden ABŞ və onun Şimali Atlantika Alyansındakı müttəfiqlərinin Ukraynadakı xüsusi əməliyyatla əlaqədar Rusiya ilə normal ticarət əlaqələri rejimindən çıxmaq niyyətini açıqlamışdı. O vurğulayıb ki, bu ölkələrin hər biri Rusiyanı ən əlverişli xalq rejiminin üzvü statusundan məhrum etmək üçün addımlar atmağa hazırlaşırlar. Lakin bu halda qanunvericilərin təsdiqi tələb olunur.

Ağasəf Babayev

Digər xəbərlər