İrlandiyanın xarici işlər naziri Saymon Koveni səhnədə çıxış edərkən mühafizəçiləri tərəfindən qəfil səhnədən endirilib. SİA xəbər verir ki, bu barədə ITV məlumat yayıb.
Məlumata görə, nazir Belfastdakı tədbirdə çıxış edən zaman partlayış təhlükəsi ilə bağlı məlumat alınıb və mühafizəçilər işə qarışmalı olub.
Belə ki, naməlum şəxslər ağ rəngli minivenə əyləşərək sürücünü silahla hədələyib və avtomobilə kanistr qoyduqdan sonra sürücüdən tədbirin keçirildiyi binaya doğru getməyi tələb ediblər.
“Reuters”in məlumatına görə, mühafizə orqanları binanın dayanacağında oğurlanmış avtomobildə şübhəli əşya aşkar etdikdən sonra naziri səhnədən uzaqlaşdırıblar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...