Macarıstan öz ərazisindən Ukraynaya silah tədarükünə icazə verməyəcək, eləcə də Rusiyanın neft və qazından imtina etməyəcək. SİA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Ölkəmizə silah tədarükünə icazə verməyəcəyik”, - P.Siyarto cümə günü sosial şəbəkədə yazıb.
O xatırladıb ki, dünən Aİ baş nazirlərinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenski iki tələbi təkrarlayıb: Macarıstandan keçməklə silah tədarükünə icazə vermək və eyni zamanda Rusiyadan təbii qaz və neft almağı dayandırmaq. “Başa düşürük ki, Ukrayna Prezidenti üçün Ukrayna xalqı ən vacib nüansdır. Lakin bizim üçün Macarıstanın və macar xalqının təhlükəsizliyi hər şeydən önəmlidir”, - P.Siyarto fikrini izah edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...