Səudiyyə Ərəbistanı Çinlə nefti dollar əvəzinə yuana satmaq üçün danışıqlar aparır
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Rusiya prezidenti Vladimir Putini tam dəstəkləyir və ABŞ prezidenti Cozef Baydenlə “hesablaşmaq” istəyir.
SİA “rambler”ə istinadən xəbərin “Foreign Policy”də yer aldığını bildirir.
Maraqlıdır ki, vəliəhd Amerikadakı ara seçkilərində respublikaçıların qalb gəlib Baydeni “axsaq ördəyə” çevriləcəyinə inanır. Məhəmməd bin Salman əmindir ki, 2025-ci ilə qədər Bayden və demokratlar hakimiyyətlərini itirəcəklər, amma Putin Rusiya prezidenti olaraq qalacaq.
Xatırladaq ki, Baydenin Səudiyyəyə münasibəti elə əvvəldən elə də ürəkaçan olmayıb. Belə ki, o hələ seçki kampaniyası zamanı Səudiyyə Ərəbistanını “kənar” adlandırmışdı. Bundan əlavə, Bayden prezident olan ərəfədə Səudiyyə Ərəbistanı şahzadəsini jurnalist Camal Qaşıqçının qətlində suçlu olduğunu bildirmişdi.
Yeri gəlmşkən bu arada Səudiyyə Ərəbistanı Çinlə nefti dollar əvəzinə yuana satmaq üçün danışıqlar aparır ki, bu da Vaşinqtonun Ər-Riyadla laqeyd yanaşmasının nəticəsidir və Vaşinqtonun “əhəmiyyətli itkisi” kimi qiymətləndirilir.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...