PDF Oxu

Dünya

  • 2 710

ŞƏT-in Regional Antiterror Strukturu Şurasının növbəti iclası keçirilib

ŞƏT-in Regional Antiterror Strukturu Şurasının növbəti iclası keçirilib

Daşkənddə Hindistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturu Şurasının (RASŞ) 37-ci iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın, həmçinin ŞƏT RASŞ İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ŞƏT məkanında regional təhlükəsizliyin indiki vəziyyəti, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

İclasda ŞƏT RASŞ İcraiyyə Komitəsinin yeni direktoru, Özbəkistanın nümayəndəsi Ruslan Mirzəyev iştirakçılara təqdim edilib.

Qərara alınıb ki, ŞƏT RASŞ-nin növbəti iclası Hindistanın paytaxtı Dehli şəhərində keçirilsin.

Xatırladırıq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Digər xəbərlər