PDF Oxu

Dünya

  • 3 068

Yəmənə edilən hava hücumlarında 10 mülki şəxs ölüb

Yəmənə edilən hava hücumlarında 10 mülki şəxs ölüb

Ərəb ölkələrinin koalisiya qüvvələrinin Yəmənin paytaxtı Səna və Hudeyda şəhərinə endirdikləri hava zərbələri nəticəsində eyni ailənin üzvləri olan 10 nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SABA xəbər agentliyi məlumat yayıb.

Sənada zərbələr Təqaüd Sığortası Baş İdarəsinin binası yaxınlığındakı iki yaşayış binası yaxınlığına endirilib.

Bundan əlavə, koalisiya təyyarələri Hudeydadakı neft qurğularına üç zərbə endirib, husilər hücumu Stokholm razılaşmasının açıq şəkildə pozulması adlandırıblar.

Yəmən hökumətini dəstəkləyən Ərəb Koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bir gün əvvəl husilərin “Aramco” şirkətinin neft obyektlərinə hücum etdiyini açıqlayıb.

Zərbələrdən sonra iki neft anbarında yanğın baş verib.

Digər xəbərlər