PDF Oxu

Dünya

  • 3 669

Ekvador sahillərində 6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Ekvador sahillərində 6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Zəlzələ nəticəsində Ekvadorun Esmeraldas əyalətində 30 binaya ziyan dəyib. SİA-nın xəbərinə görə, bu barədə Ekvador Fövqəladə Hallarda Risklərin İdarə Edilməsi üzrə Milli Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 6 maqnitudalı zəlzələdən sonra ardıcıl 3.9, 5.1 və 3.5 maqnitudalı üç təkan baş verib. Təkanlar ölkənin 11 əyalətində hiss olunub.

İlkin məlumata əsasən, 2 bina tamamilə dağılıb, 24 yaşayış binası və 4 dövlət qurumunun binasına ziyan dəyib.

Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Digər xəbərlər