PDF Oxu

Dünya

  • 2 909

ABŞ-da yanğın baş verib

ABŞ-da yanğın baş verib

ABŞ-ın Kolorado ştatında qısa müddətdə böyüyən və yaşayış məntəqələrini təhlükə altına alan meşə yanğınının ardından 19 min adam təxliyə edilib. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Kolorado ştatının Boulder dağlıq bölgəsində dünən başlayan və küləyin təsiri ilə qısa müddətdə böyüyən meşə yanğını Kolorado Boulder Universitetinin yerləşdiyi yaşayış məntəqələrini təhdid edib.
Meşə yanğını səbəbiylə 8 min evdən ən az 19 min insanın təxliyə edildiyi bildirilib. Təxliyə edilən vətəndaşlar üçün iki sığınacaq yaradıldığı bildirilsə də, yanğında tələfat olmadığı açıqlanıb.

Digər xəbərlər