PDF Oxu

Dünya

  • 2 099

Hakkaridә ‘‘Eren Qış-32’’ әmәliyyatına start verilib

Hakkaridә ‘‘Eren Qış-32’’ әmәliyyatına start verilib

Türkiyenin Hakkari şәhәrindә ‘‘Eren Kış-32 Şehit Jandarma Binbaşı Yavuz Başaran'' әmәliyyatına start verilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Daxili İşlәr Nazirliyindәn verilәn bәyanatda bildirilib.

Bәyanatda bölgәdәki terrorçuların zәrәrsizlәşdirilmәsi, hücumların qarşısının alınması vә bölgәdә tәhlükәsizliyin tәmin edilmәsi mәqsәdilә әmәliyyata start verildiyi bildirilib.

Bәyanatda hәmçinin әmәliyyatda 710 hәrbi personalın iştirak etdiyi vә ‘‘Eren Qış’’ әmәliyyatlarının xalqın dәstәyi ilә qәtiyyәtlә davam etdirildiyi vurğulanıb.