PDF Oxu

Dünya

  • 3 381

Almaniyalı məmurlar əhalinin gəlirlərinin azalması fonunda maaşlarını artırıb

Almaniyalı məmurlar əhalinin gəlirlərinin azalması fonunda maaşlarını artırıb

Almaniyalı nazirlər əhalini gəlirlərin azalmasına hazırlaşmağa çağırdığı vaxt Federal Hökumətin maaşları artırılıb. SİA DWN nəşrinə istinadla xəbər verir ki, Almaniya kansleri Olaf Şoltsun əməkhaqqında 345 avro artım gözlənilir. Maliyyə naziri Kristian Lindner və iqtisadiyyat naziri Robert Habekin maaşları isə 275 avro artacaq. Halbuki Robert Habek almanlara çətin vaxtlara hazırlaşmağı tövsiyə edirdi. Oxşar bəyanatlar aşağı ranqlı siyasətçilərin və biznes nümayəndələrinin dilindən də eşidilir.

“Olaf Şolts və nazirlərinin maaşlarının artması barədə xəbərlər çox güman ki, vergi ödəyicilərinin qəzəbinə səbəb olacaq”, - deyə nəşr yazıb.

Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Sanksiyalar ilk növbədə bank sektoruna və yüksək texnologiya məhsullarının tədarükünə yönəlib. Həmçinin Avropada Rusiyanın enerji resurslarından asılılığın azaldılması çağırışları daha çox səslənməyə başlayıb. Lakin sanksiyalar Qərb ölkələrində də bahalaşmaya səbəb olub. Almaniyanın ticarət şəbəkələri ətin, kolbasanın və yağın qiymətlərinin əhəmiyyətli dərəcədə bahalaşacağı ilə bağlı xəbərdarlıq edib.

Digər xəbərlər