PDF Oxu

Dünya

  • 3 523

Polyaklar bunu çoxdan gözləyirmişlər?

Polşa ölkəsindəki rus oliqarxların əmlakını müsadirə etmək üçün konstitusiyaya dəyişikliklər hazırladı

Polyaklar bunu çoxdan gözləyirmişlər?

Gərək ki,.. o gün rus rəsmilərindən biri Böyük Britaniyanın qarasınca deyinib, bu ölkəni Kremlə qarşı sanksiyalar tətbiqində xüsusi canfəşanlığından “dad” edirdi. O, Londonun bu istiqamətdəki fəaliyyətində Vaşinqtonu da çoxdan “tozanağa basdığını” , yəni işin təşkilatçıları olan amerikanlıları da ötüb keçdiyini deyirdi.

Qeyd edim ki, bu gün ruslara qarşı tətbiq edilən sanksiyalardan polyaklar da yetərincə yararlanmağa çalışırlar desəm, təbii ki, çoxları mənimlə razılaşar. Elə bil polyaklar belə bir imkanın düşməsini çoxdan gözləyirlərmiş, yəni ruslara “acıq vermək” üçün belə bir məqam gəzirmişlər. Nə isə..

Beləliklə, ötən gün Polşada ölkə hökuməti Rusiya Federasiyasından olan oliqarxların əmlakını müsadirə edə bilmək üçün ölkə konstitusiyasına dəyişikliklər etməyə qərar verib.

TASS-ın “PAP” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Polşa Nazirlər Kabinetinin mətbuat katibi Petr Müller məlumat verib. SİA bu barədə “rambler”ə istinad edir.

Beləliklə, Müllerin fikrincə, gələn il müdafiə xərclərini milli ÜDM-in 3 faizə çatdırmaq üçün ölkənin əsas qanununda dəyişikliklərə də ehtiyac olacaq. (Nə isə əsas gətirmək lazımdır də...)

Mətbuat katibi onu da qeyd edib ki, qanun layihəsi deputatların imzaları toplandıqdan sonra Seymin iclasına təqdim olunacaq.

Qeyd edək ki, Müellerin dediynə inansaq, imza toplanması sabah və ya hətta bu gün həyata keçirilib təqdim edilməlidir.

Polşa konstitusiyasının hazırkı variantı mülkiyyət hüquqlarını qoruyur və belə müsadirələrin qarşısını alır.

Ağasəf Babayev

Digər xəbərlər