…Siz bilirsinizmi ki, bu gün ABŞ-ın biz ermənilərdən istəyi nədir? Görürəm, ermənilərin əksəriyyəti bunu bilmir. Əslində, mən də yaxşı bilmirdim. Amma o gün ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra başa düşdüm. Mən başa düşdüm ki, ABŞ bizə açıq deməsə də, amma bizdən Rusiyaya “arxa çevirməyi” istəyir. Amma onu da deyim ki, biz bu işdə çox ehtiyatlı olmalıyıq. Çünki dünyanın işini bilmək olmur. Təbii ki, əvvəllər olsaydı...
Amma indi belə görünür ki, deyəsən türklər demiş, bu, “həna, o hənadan deyil”.
Yəni demək istəyirəm ki, əgər əvvəllər biz ermənilər üçün ümumi formulalardan birtəhər qurtulmaq mümkün idisə, indi deyəsən mümkün olmayacaq. Çünki bizim Xocalıda törətdiklərimizdən fərqli olaraq, Buçada baş verənləri bütün dünya görür. Çünki Bucadakı yaşantıların təbliğinə ABŞ başda olmaqla böyük dövlətlər sponsorluq edirlər.
Maraqlıdır, görən, o gün Blinkenin Nikola zəng edəndə o Ermənistandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edibmi? Xeyr, inanmıram, tələb-zad eləməyib. Çünki amerikalılar bu tələbin qeyri-reallığını mükəmməl başa düşürlər. (İnanın ki, adam burada “halal olsun” demək istərdi, amma kimə? Əslində, bunların zadlarını, ey... başlarını başa qoşmaq cəhdləri çox gülünc görünür)
Amma bütün bunlara baxmayaraq, biz “böyük erməni xalqı” olaraq hələ ki, hansı səmtə yıxılacağımıza dəqiq qərar verməmişik. Niyə? Çünki, bunun üçün bəzi əsaslarımız var. Nə bilmək olar, bəlkə baxıcı Vanqanın Putinin qalib gələcəyi barədə görüntüləri doğru çıxdı, bəs onda? Əgər biz bu gün Qərbə sığınsaq, bəs onda sabah “qalib” Putinə nə cavab verərik?
Bundan əlavə, görünür Rusiya dayanmaq fikrində deyil. Biz bunu, təkcə bu ölkə rəhbərlərinin çıxışlarından görmürük. Məsələn, o gün müstəqil “Levada Mərkəzi” də Rusiyada Vladimir Putin və hakim partiyanın reytinqləri ilə bağlı yeni sorğu dərc edib. Xəbəriniz varmı ki, bu sorğunun nəticələrinə görə, son bir ayda hakimiyyətə dəstək xeyli artıb. Hələ onu deyim ki, prezident Putini təsdiqləmə səviyyəsi fevralda 71faiz idisə, martda 83 faiz olub.
Ona görə də bu gün biz ermənilər üçün əsası informasiya müharibəsində uduzmamaqdır. Bir erməni kimi, içimizdə nə çəkdiyimizdən fərqli olaraq, anti-Rusiya əhval-ruhiyyəsinin təbliğinə imkan verməməliyik. Yəni bu işlərin sonunu gözləməliyik.
Bilirəm, bu gün Ermənistanda yaşamaq çətindir. Bahalıqdır. Ölkədə daimi qiymət artımı Ermənistan əhalisinin ölkənin siyasi kursuna ümumi loyallığının azalmasına gətirib çıxarıb. Bunu təkcə mən demirəm. O gün sorğu aparılıb. Sorğuya görə, əgər 2021-ci ilin mayında Ermənistan əhalisinin 43 faizi “Ermənistanın düzgün istiqamətdə getdiyinə” inanırdısa, iyulda bu 41, 2021-ci ilin dekabrında isə bu rəqəm 34 faizə düşüb. Ermənistanda işığın, suyun və tezliklə qazın qiymətinin artması ictimai gözləntilərin daha da pisləşməsinə gətirib çıxaracaq.
Deyim ki, bu gün daha çox Ukraynadan gedənlərlə bağlı daha çox danışılır. Təbii ki, bunu başa düşmək olar, ölkədə müharibə gedir, amma bizdə baş verənlərin heç bir izahı yoxdur. Belə ki, bu Ermənistanda miqrasiya ilə bağlı vəziyyət olduqca dəhşətlidir.
Baxın, 2021-ci ildə Ermənistanın miqrasiya saldosu mənfi 74 min nəfər təşkil edib. Nümunə üçün deyim ki, 1994-cü ildən bəri Ermənistanda belə mənfi miqrasiya saldosu olmayıb.
Son vaxtlar Qərb tərəfindən Ermənistanın bank sistemi ilə bağlı anti-Rusiya sanksiyaları gücləndirildikdən sonra, daha çox İnformasiya Texnologiyaları üzrə erməni mütəxəssislər ölkədən qaçmağa başlayıblar.
Təbii ki, bu gün biz nə etməyimizdən asılı olmayaraq, dünya bizi artıq Rusiyanın “strateji müttəfiqi” (əslində tulası da demək olar) kimi qəbul edir və qəbul edəcək. Halbuki Azərbaycan və Türkiyə Qərbə görə belə deyil. Əksinə, onlar Ukraynanın müttəfiqləri sayılırlar və bunu Kiyevdə də tez-tez etiraf edirlər. Bununla belə, Rusiya ilə də yaxşı münasibətdədirlər.
...Deyəsən, nəhayət qapılar bağlanır axı...və indi bütün bunların biz ermənilər üçün necə olacağına gözləmək qalır.
Doğrudan da, “nigarançılıqdan pis şey yoxdur”...
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...