PDF Oxu

Dünya

  • 2 764

Rusun tərəfdar və əleyhdarları...

The Economist: “Dünya ÜDM-nin 70 faizinə sahib olan 131 ölkə Rusiya Federasiyasının siyasətinə qarşı çıxıb”

Rusun tərəfdar və əleyhdarları...

Ötən gün Britaniyanın “The Economist” nəşri özünün “Economist Intelligence Unit” analitik bölməsinin araşdırmasını dərc edib.

Deməli, nəşrin iddialarına görə, bu gün dünyanın 131 ölkəsi Rusiyanın Ukraynada xüsusi əməliyyatlara başladıqdan sonra onun siyasətinə qarşı çıxıblar.

Maraqlıdır ki, Rusiya əleyhdarları sırasına Şimali Amerika və Avropanın ən zəngin ölkələri ilə yanaşı, Finlandiya, İsveç və İsveçrə kimi neytral hökumətlər də daxil olublar. Deyim ki, bunlar artıq öz təsdiqini də tapıb.

“Economist Intelligence Unit”-in etirafına görə, bu gün dünya ÜDM-nin 70 faizinə sahib olan 131 ölkə Rusiya Federasiyasının siyasətinə qarşı çıxmaqdadır.

Onu da deyim ki, Rusiaya əleyhinə çıxış edən ölkələrdə dünya əhalisinin yalnız 36 faizi yaşayır.

Rusların Allahı onda verib ki, bu gün onlara qahmar çıxmasalar da, amma hər halda, ruslara dəstək meylliyi nümüyiş etdirən ölkələr əhalisinin sayı çox olan ölkələrdir. Məsələn, Çin, Pakistan, Efiopiya və qismən də Hindistan.

Məhz buna görə də, bu gün rusun oyunlarına münasibət bildirməyən dünya əhalisinin faizi 30 göstərilir.

Yeri gəlmişkən, bu gün dünyanın 32 dövləti rusun əməllərinə hələ ki, bitərəf mövqe nümqyiş etdirirlər.

Ağasəf Babayev

Digər xəbərlər